Kartof becərmə böyük gəlir potensialına malikdir. Lakin fermerlər geniş miqyasda yüksək keyfiyyətli kartof istehsal etmək istədikləri zamanı bir çox problemlərlə rastlaşırlar. Əkinin əvvəlindən məhsul yığımına qədər kartof becərmə prosesi tələblərə ciddi diqqət yetirməyi və rəqabət üstünlüyü əldə etmək üçün innovativ üsullardan istifadə etməklə bütün inkişaf dövrünün izlənməsini tələb edir.
Kartof (Solanum tuberosum) daha soyuq bölgələrdə yaz aylarında, payızlıq kartof kimi isə isti bölgələrdə becərilir. Kartofun sortları bir-birindən xəstəliklərə dözmlülüyü,yetişmə vaxtı, kök yumrularının forması, qabığnın və lətinin rəngi və quruluşu da daxil olmaqla bir çox xüsusiyyətlərinə görə fərqlənir
Məhsul yığımı vaxtından asılı olaraq aşağıda bəzi sortları qruplaşdırmaq olar:
• erkən mövsüm: Qala, Arizona, Colombo, Agila, Irland Cobbler, Orchestra , Red Scarlett,
• orta mövsüm: Bernina; Melody,Marabel, Madeleine, Jelly,Soraya
• gec mövsüm: Carola, Katahdin, Elba, German Butterball, Kennebec, French Fingerling.
Kartof müxtəlif tip torpaqlarda yetişdirmək mümkün olsa da, ən yaxşısı qumlu narın və ya qida maddələri ilə zəngin olan narın, yaxşı su və hava keçiriciliyi olan torpaqdır. Bunu da bilmək lazımdır ki, qumlu torpaqlarda bitən bitkilərə kifayət qədər nəm təmin etmək üçün tez-tez suvarmaq lazım olacaq.
Kartof pH 5,5 ilə 6,0 arasında olan neytral torpaqlarda yaxşı inkişaf edir. Əkindən öncə torpağın fitoekspertizası icra olunması tövsiyə olunur. Beləliklə, torpağın kartof əkmək üçün uyğun olub olmadığı öncədən müəyyən edilir.
Qeyd edək ki, adi hala nisbətən “Saxalinski” Humatları kök tutumunu və faydalı maddələri daha sürətlə toplayır. Məhsuldarlıq 15-25% artır,bitkilər uğurla müxtəlif xəstəliklərə və təbiət şıltaqlıqlarına -quraqlığa,yüksək rütubətə,davam gətirir,torpaqdan qida maddələrini böyük həcmlərdə və daha yaxşı mənimsəyir. Məhsulun əmtəə keyfiyyəti yaxşılaşır və saxlama müddəti artır ki,bu da kökü meyvəlilər üçün çox vacib amildir.
Məsələn, Kartof bitkisi üçün səpinqabağı toxumun isladılması
1-ci çiləmə: 5-7 yarpaq əmələgəlmə fazası
2-ci çiləmə: Qönçələmə fazası
Kartof becərmək üçün ehtiyac olan optimal temperatur gündüz 18–29°C , gecə isə 13–18°C arasında dəyişir. Bitkilərin yaxşı inkişafı üçün hər gün ən azı altı saat günəş işığına ehtiyac var. Kölgədə inkişaf nəticəsində məhsuldarlıq azalır və kök yumruları kiçik olur.
Kartof əkmədən əvvəl toxumluq yumrular və torpaq sahəsi əkinə hazırlanmalıdır. Əvvəllər belə hesab olunurdu ki, bol məhsuldarlıq ən yüksək səviyyədə şumlama tələb edir və sıfır və ya minimum şumlama ilə yetişdirilə bilməz. Bununla belə, mövcud müasir əkinçilik təcrübələri sübut etmişdir ki, minimum şumlama məhsul yetişdirmək üçün effektivdir və çoxlu faydalar verir.
Toxumluq kartof – əkin üçün xüsusi seçilmiş və hazırlanmış kök yumrularıdır. Toxumluq kartofda zərərverici bakteriya və göbələklərin inkişafının qarşısı almaq üçün əkindən öncə toxumluq yumrularda dərmanlanma aparılmalıdır. Toxumluq kartofların əkinə yararlılığını, cücərmə qabiliyyətini,xəstəliklərə yoluxma faizini və s. müəyyən etmək üçün toxum və ya əkin materialının fitoekspertizası analizi edilməlidir. Alınan nəticələr əsasında normal çıxışı olan toxumluq kartof sortu seçilir. Kartofun çıxışının normal alınması üçün toxumluq kartof, əkindən əvvəl cücərdilməlidir. Cücərtilərin maksimum boyu 3-5 mm olmalıdır.
Kartofun kökləri, stolonları və yumrularının normal inkişafı üçün torpaq yumşaq, dənəvər və rütubətli olmalıdır. Kartof bitkisi üçün ən yaxşı sələf dənli-paxlalı, bostan və tərəvəz bitkiləri və dincə qoyulmuş torpaqlar hesab olunur. Gilli torpaqlarda, hansı ki torpaqda keçiricilik zəifdir, kartofları hündür ləklərdə əkmək olar. Müasir əkin texnologiyaları istifadə edilərək yetişdirilən kartof sahələrində fermerlər xəstəlik təsirini minimallaşdıra, torpağın su saxlamaq qabiliyyətini isə artıra bilir.
Optimal əkin müddəti suvarılan-aran təsərrüfatlarda fevralın 20-dən martın 10-dək, dağətəyi təsərrüfatlarda martın 1-dən 31-dək, dağlıq təsərrüfatlarda aprelin 10-dan 30-dəkdir. Onu da qeyd etmək lazımdır ki, əkin 10sm kimi dərinlikdə, torpağın temperaturu 7°C-dən aşağı olmadıqda aprılmalıdır.. Kartof əkini əsasən yaz aylarının əvvəlində, isti rayonlarda isə sentyabr-fevral aylarına kimi davam edir.
Keyfiyyətli kartof yetişdirmək üçün, torpağın nəm balansına xüsusi diqqət etməlisiniz. Lakin diqqətli olmaq lazımdır ki, torpağı , əsasən də çiçəkləmə fazasında həddindən artıq suvarmaq olmaz. Əkin dövründə torpaqda kifayət qədər rütubət olmadığı halda çıxış suyu verilməlidir. Torpaqda mövcud olan nəm miqdarı da bitkilər üçün çox vacibdir. Bu proses torpağın su tutma qabiliyyəti, kök sisteminin dərinliyi, yeraltı qrunt suyunun səviyyəsi və s. kimi amillərdən asılıdır. Suvarma tezliyi və suvarmada veriləcək suyun miqdarı bitkinin inkişafı, torpaq növü və kök sisteminin dərinliyi,hava şəraiti kimi amillərdən asılıdır.
Həftəyə 25 mm hesabı ilə su əksər torpaqlar üçün kifayətdir. Lakin qumlu və ya üzvi maddələri zəif torpaqlarda həftədə 50 mm su tələb oluna bilər. Çatlar, daxili ləkəlik və özəyi boş kartof yumruları gah quru gah da nəm torpaqlarda müşahidə edilən problemlərdəndir. Kartof yumrusunu əkən kimi artıq miqdarda suvarsanız və ya bitkinin aktiv inkişafı vaxtı su çatışmazlığı yaşayarsa kök yumruları əyri yəni deformasiyalı formalaşır. Əgər yarpaqlar solmağa və qurumağa başlayıbsa suvarma dərhal dayandırılmalıdır. Kartofa lazım olan su miqdarından çox su verilməməlidir, bunu üçün suvarma suyu keyfiyyət analizi,torpağın qranulometrik analizi və duzlanma dərəcəsi nəticələrinə əsasən suvarma norması dəqiq hesablanır.
Kartof bitkisinin optimal inkişafı üçün elə gübrə növü seçməlisiniz ki, tərkibində fosfor (P) və kalium (K) , azota (N) nisbətən daha çox miqdarda olsun. Məsələn, gübrədə NPK nisbəti 5-10-10. Sağlam kartof yetişdirmək üçün azot az miqdarda tətbiq edilməlidir, çünki, artıq miqdarda azot yerüstü orqanların (yarpaq,zoğ və s.) güclü inkişafına səbəb olur, bu da gövdə yumrularının inkişafına təsir edir. Bundan başqa izafi azot fitoftoroz xəstəliyiniə yoluxma riskini də artırır. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, doğru gübrələmə norması üçün mütləq torpağın aqrokimyəvi analizi etdirilməli, torpağın tərkibindəki qida maddələrinin miqdarı, həmçinin bu maddələrin mənimsənilməsinə mənfi təsir göstərəcək faktorların (pH,EC,duzlanma və s.) miqdarı normaya uyğun olub olmaması müəyyən edilməlidir.
Kök yumrularının məhsuldarlığını və keyfiyyətini yaxşılaşdırmaq üçün aqrotexniki qaydalara da riayət etmək vacibdir. Dibdoldurma, kök yumrularını birbaşa günəş işığından qoruyaraq onların yaşıllaşmasının qarşısını alır. Dibdoldurma həm də bol məhsul əldə etməyə kömək edir.
Səbəb | Simptom |
---|---|
Rizoktonioz | Zoğ və stolonlarda qırmızı-qəhvəyi çürümə və ya zədənin müşahidə edilməsi |
Qara ayaqcıq və ya yumruların yaş bakterial çürüməsi | Torpağa yaxın məsafədən gövdənin qara və yaş çürüməsi |
Yarpaq qıvrılması virusu | Yarpaqların sarı və ya solğun yaşıl rəngdə olması və alt yarpaqların içəriyə doğru bükülməsi |
Alternarioz | Konsentrik halqalı kiçik qara və ya tünd qəhvəyi ocaqlı ləkələrin olması |
Fitoftoroz | Gövdə və yarpaqlarda tünd, yaş ləkələr |
Azot defisiti-çatışmazlığı | Alt yarpaqların saralması və yarpaqların erkən tökülməsi |
Kolorado kartof böcəyi | Yarpaq və yarpaq saplaqlarının tökülməsi; böcəklərin, sürfələrin və ya yarpaqların alt hissəsində narıncı rəngli yumurtaların müşahidə edilməsi |
Cicadidae ailəsi (cırıcırama) | Kənarları qurumuş qəhvəyi haşıyəli formasız dəliklər şəklində zədə izləri və yarpaqların içə doğru bükülməsi |
Fermerlər bütün vegetasiya dövrü ərzində bir çox xəstəlik, qida çatışmazlığı və ziyanvericilərlə qarşı mübarizə aparırlar. Lakin xəstəlik və ziyanverici həşəratlar,nematodların zərər vurmasını öncədən proqnozlaşdırmaq mümkündür. Bunun üçün sahədə mütəxəssislər monitorinq aparmalı və hələ simptomlar (əlamətlər) görünmədən laboratoriyada bitkinin kompleks analizi icra edilməlidir. Alınan nəticələrə əsasən isə proaktiv mübarizə planı hazırlanıb təbiq edilməlidir. Bu zaman dərman preparatlarına, dolayısıyla da maddi vəsaitə ciddi qənaət etmək mümkündür. Nəticədə ekoloji təmiz, sağlaf kartof məhsulu yetişdrilməsinə nail olmuş olacaqsınız.
Əksər sort kartof üçün 90 ilə 120 gün arasında dəyişir. Tezyetişən sort üçün təxminən 60-80 gün, orta yetişən üçün 80-100 gün, gecyetişən sortlar üçün isə 100-130 gün lazımdır.
Kartofu sərin, quru yerdə saxlamaq yaxşıdır. İdeal temperatur 10-13 ° C arasında olmalıdır. Kartof yumrularını günəş işığından uzaq tutmaqda da fayda var. Toxumluq kartoflar yumruları isə +2 ilə +4°C arasında temperaturda saxlanılır. Bundan başqa soyuducu anbarlarda karbon dioksid nəzarəti temperatur və rütubətə nəzarət qədər vacibdir. Artan karbon dioksidə nəzarət edilməli və müəyyən hədlərdə saxlanılmalıdır.
https://www.facebook.com/DilMus.Aqrolab