Şİrkət haqqında

AqroBioCore

“Aqrobiocore” şirkəti 2007 ildə təsis olunaraq, Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsullar və xidmətlərin göstərilməsində ən etibarlı və məsuliyyətli tərəfdaşdır.

Biz innovativ yanaşma və müasir elmi naliyyətlərdən istifadə edərək bitki və torpağa baxım məhsulları bazarında aparıcı mövqeydəyik. Biznes tərəfdaşları ilə faydalı əməkdaşlıq üçün həmişə hazırıq, biznesdə olduğu kimi elmi araşdırmaya əsaslanan istehsal sahəsində də qeyri-adi və cəsarətli qərarlar üçün açığıq.

Şirkətimizin yüksək ixtisaslı mütəxəssisləri sizə kənd təsərrüfatı sahəsində biznesin yaradılmasının bütün mərhələlərində kömək edəcəklər. “Aqrobiocore” MMC, "Saxalin Humatı"şirkətlər qrupunun Azərbaycanda, Orta Asiyada və Yaxın Şərqdəki rəsmi eksklüziv nümayəndəsidir.

Şirkət fəaliyyət illəri ərzində Azərbaycanın bir çox bölgələrində geniş satış şəbəkəsi yaradıb. Qurulmuş ticarət şəbəkəsinin hər bir məntəqəsinin özünəməxsus kriteriyaları var (əkin növləri), hansılara ki individual yanaşma tətbiq olunur.