Consulting xidməti


Consulting Xidməti

Hər bir yetişdiriləcək məhsulun əkin qabağı torpağın əkinə hazırlanması,torpağın gübrələnməsi,toxum və tinglərin əkindən sonrakı qulluq qaydaları, zərərverici, xəstəliklərə və alaq otlarına qarşı mübarizə üsulları haqda bilgiləndirmək.

Elmi cəhətdən əsaslandırılmış növbəli əkin sxemləri

Prinsiplər:
a) Təsərrüfatın hədəfləri
b) Təsərrüfatın maliyyə-texniki imkanları
c) Torpağın aqrokimyası
d) Növbəli əkində iştirak edən bitkilərin xəstəlik və ziyanvericiləri
e) İllik yağıntı və suvarma suyunun miqdarı
f) Torpaq nemotodları

Gübrələmə proqramlarının tərtibi

Prinsiplər:
a) Torpağın aqrokimyəvi, struktur, orqanik,mikrobioloji analizlərinin nəzərə alinması nəticələri və tərkibi
b) Suvarma suyunun miqdarının nəzərə alınması
c) Bazarda mövcud gübrələrin nəzərə alınması

Dərmanlama proqramının tərtibi

Prinsiplər:
a) Daha geniş spektrli dərmanlar (əsas bitkinin və zərərverici, xəstəlik,alaq otlarının bir neçə inkişaf fazasında tətbiq olunan)
b) Ətraf mühit, insan sağlamlığı
c) Minimum sayda tətbiq

Texnoloji xəritənin hazırlanması

Prinsiplər:
1. Təqvim üzrə təsərrüfatda görülən işlər
2. Logistika (daşınmalar,işçi qüvvəsinə tələbat və s)
3. Satınalma (toxum,gübrə,pestisidlər,yağ-sürtkü və s)
4. Suvarma rejimi və qrafiki

Torpaq yaxşılaşdırma proqramların hazırlanması

a) Bitki qalıqlarının menecmenti
b) Sideratlar