«Saxalinski kalium humatı» üzvi -mineral gübrəsı peşəkar təsərrüfatların əvəzolunmaz köməkçisidir.

Humin, fulvo və amin turşularının kalium duzları – 15%

K2O -3%

Si, Fe, Mg, S, Zn, Co, Cu, Mn – 2%

Saxalin adasında hasil edilən leonarditdən hazırlanan Saxalinski Kalium Humatı istənilən bitki novləri üçün kompleks təsirə malik üzvi-mineral gübrədir. Bu gübrənin istehsalında istifadə edilən leonardit, milionlarla il bitki və heyvan qalıqları çürüntülərinin, yerin 10-15 metr dərinliyində təbii yolla formalaşan qatıdırdır. Leonardit mənşəli Saxalin humatının, digər fərqli mənşəli humatlardan ən böyük üstünlüyü, bioloji aktivliyinin 5 dəfə artıq olmasıdır.

“Saxalinski Kalium Humatı” aqrotexniki prosedurlara dəyişiklik edilmədən istifadə edilə bilər. Beləki, herbisid, funqisid, insektisid və mineral gübrələrlə eyni qarışıqda (çən qarışığı) istifadə etmək olar.

  • Herbisid, funqisit, insektisid – “Saxalin Kalium Humatı” zərərverici, alaq otları və xəstəliklərlə mübarizədə tətbiq edilən zəhərli maddələrin əsas bitkidə yaratdığı stress hallarını aradan qaldırır və bitkinin inkşafında itiriləcək 10-12 günü bərpa edir.
  • Mineral Gübrələr- “Saxalinski Kalium Humatı” NPK gübrələrlə bitkiyə verilən qida maddələrinin bitki tərəfindən asan mənimsənilməsini təmin edir. “Saxalinski Kalium Humatı” bu qida maddələrinin bitki orqanizmində asanlıqla daşınmasını təmin edir. Torpaqda ağır metalları bloklayaraq, bitkinin hərtərəfli inkşaf etmiş kök sistemi vasitəsi ilə, lazımi qida maddələrinin mənimsənilməsinə köməklik edir. “Saxalinski Kalium Humatı” sayəsində mineral gübrələrin istifadəsində 20-25% qənaət etmək mümkündür.
  • Kök - Kök sisteminin inkşafını gücləndirir. Rişələnməni sürətləndirir.
  • Gövdə - Bitki tərəfindən qida maddələrinin mənimsənilməsini və onların gövdə daxilində dövriyəsini təmin etməklə, bitkinin boyunu stimullaşdıraraq inkşafını gücləndirir.
  • Yarpaq - Xlorofilin miqdarını artıraraq yarpaqların rəngini tünd-yaşıl edir. Bu isə fotosintez prossesi zamanı, günəş enerjisinin qəbulunda vacib amillərdən biridir.
  • Çiçəklənmə - Vegetasiya dövrünü qısaldaraq çiçəklənməni tezləşdirir.
  • Məhsuldarlıq - Məhsuldarlığı 25-30% artırır. Məhsulun keyfiyyət göstəricilərini yüksəldir.
  • Dözümlülük -  Bitkilərin bir çox xəstəliklərə qarşı müqavimətini, həmçinin bitkinin əlverişsiz hava şəraitinə, o cümlədən quraqlığa davamlılığını artırır.
  • Torpaq – Torpaqda humusun miqdarını artıraraq, bioloji prossesləri aktivləşdirir. Kök sisteminin duzların toksik təsirinə müqavimətini artırır.
  • Sudan rasional istifadə - Mexaniki tərkibcə yüngül (qumsal) torpaqda nəmliyin saxlanılmasını artırır. Mexaniki tərkibcə ağır (gilli) torpaqlarda su keçiriciliyi yaxşılaşdırır. Gilli və gillicəli torpaqların məsaməliliyini artırır, fosforun parçalanmasını və sirkulyasiyasını gücləndirir.
  • Əkin materialları – humatla isladılmış əkin materiallarının əkindən sonrakı adaptasiyasını sürətləndirir, cücərmə və çıxış faizini artırır.
  • Kökdən kənar qidalanma - Vegetasiya dövründə yarpaqdan çilənmə yolu ilə - 15 gün intervalla 2-3 dəfə həyata keçirilir. Bitkinin ümumi inkşafına təkan verir, stess hallara müqaviməti artırır.
  • Kökdən qidalanma – (damla suvarma) 15 gün intervalla 2-3 dəfə həyata keçirilir. Bitkinin ümumi inkşafına təkan verir, stess hallara müqaviməti artırır, torpaqdakı bioloji prossesləri stimullaşdırır.
  • Əkin qabağı, rekultivasiya - torpaqların yuyulması zamanı – Ekstremal şoran və eroziyaya məruz qalmış torpaqların və hətta neft hasilatı aparılan ərazilərin dekorativ əkin üçün bərpasında istifadə edilir.
Aqrobiocore Aqrobiocore